Saytın hüquqi şəxsi ilə tərəflər arasında münasibətlər müqavilə ilə tənzimlənir.
e-tibb.az saytında qeydiyyatdan keçmək istəyən klinika (tibb mərkəzi, xəstəxana, poliklinika və s.) məlumatları tələb edilən qaydada yerləşdirməlidir.
Tibb müəssisəsi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır (Tibb müəssisəsinin profili, hansı xidmətləri göstərməsi, iş saatları, ünvan, əlaqə nömrələri, elektron poçt ünvanı, sosial şəbəkə hesabları).
Tibb müəssisəsi lisenziyası, rəsmi qeydiyyatı barədə məlumatları daxil etməsə saytda qeydiyyatdan keçirilmir.
Tibb müəssisəsi məlumatlarında dəyişiklik etmək istəsə, bu barədə sistemə bildiriş göndərməsi vacibdir.
Sistemin tələb etdiyi qaydalara əməl etmək tibb müəssisəsinin öhdəliyidir.
Saytda qeydiyyat, müəssisənin profilinin yaradılması, müəssisə haqqında yazılar, müsahibələr, reportajlar, videoçəkilişlər, aksiyalarla bağlı məlumatların yerləşdirilməsi müqavilə ilə tənzimlənir.
Müqavilə şərtlərinə əməl olunmadıqda xəbərdarlıq edilmədən tibb müəssisəsinin profili bloklanır.