Həkim, tibb müəssisəsi, şirkət, rəsmi qurumlar saytın hüquqi şəxsi ilə razılaşma, müqavilə əsasında tibbi, tibbi-sosial aksiyalar barədə e-tibb.az saytında məlumatları yerləşdirə bilər.
Aksiya keçirən şəxs və ya müəssisə, təşkilat aksiya barədə məlumatların dəqiqliyinə görə məsuliyyət daşıyır.
Aksiyalar barədə məlumat yerləşdirməsi qaydası e-tibb.az saytı tərəfindən müəyyənləşdirilir.
Endirimli aksiyaların qiyməti, qiymət fərqi haqda məlumatlar, aksiyanın davam etmə müddətinin saytda yerləşdirilməsi mütləqdir.
Klinikaların keçirdiyi aksiyada həkim seçmək imkanı, həkim seçimində qiymət fərqi (əgər varsa) qeyd olunmalıdır.