Saytın hüquqi şəxsi ilə tərəflər arasında münasibətlər müqavilə ilə tənzimlənir.
e-tibb.az saytında qeydiyyatdan keçmək istəyən həkim özü barədə məlumatları tələb
edilən qaydada yerləşdirməlidir.
Həkim məlumatların doğruluğuna görə (təhsili, ixtisası, iş təcrübəsi, çalışdığı tibb
müəssisəsi) məsuliyyət daşıyır.
Həkim diplom, sertifikat (şəhadətnamə) surətlərini müvafiq bölmədə yerləşdirməklə
saytda qeydiyyatdan keçə bilər. Əks təqdirdə qeydiyyat mümkün olmayacaq.
Həkim məlumatlarında dəyişiklik etmək istəsə, bu barədə sistemə bildiriş göndərməsi
vacibdir.
Sistemin tələb etdiyi qaydalara əməl etmək həkimin öhdəliyidir.
Saytda qeydiyyat, xüsusi profil yaradılması müvafiq qaydalar əsasında həyata keçirilir.
Bloq yazıları, müsahibələr, reportajlar, videobloqlar, videomüsahibələr, aksiyalarla bağlı
məlumatların yerləşdirilməsi müqavilə ilə tənzimlənir.
Müqavilə şərtlərinə əməl olunmadıqda xəbərdarlıq edilmədən həkim profili bloklanır.