Saytın hüquqi şəxsi ilə tərəflər arasında münasibətlər müqavilə ilə tənzimlənir.
e-tibb.az saytında qeydiyyatdan keçmək istəyən həkim özü barədə məlumatları tələb edilən qaydada yerləşdirməlidir.
Həkim məlumatların doğruluğuna görə (təhsili, ixtisası, iş təcrübəsi, çalışdığı tibb müəssisəsi) məsuliyyət daşıyır.
Həkim diplom, sertifikat (şəhadətnamə) surətlərini müvafiq bölmədə yerləşdirməklə saytda qeydiyyatdan keçə bilər. Əks təqdirdə qeydiyyat mümkün olmayacaq.
Həkim məlumatlarında dəyişiklik etmək istəsə, bu barədə sistemə bildiriş göndərməsi vacibdir.
Sistemin tələb etdiyi qaydalara əməl etmək həkimin öhdəliyidir.
Saytda qeydiyyat, xüsusi profil yaradılması müvafiq qaydalar əsasında həyata keçirilir.
Bloq yazıları, müsahibələr, reportajlar, videobloqlar, videomüsahibələr, aksiyalarla bağlı məlumatların yerləşdirilməsi müqavilə ilə tənzimlənir.
Müqavilə şərtlərinə əməl olunmadıqda xəbərdarlıq edilmədən həkim profili bloklanır.