Saytın hüquqi şəxsi ilə tərəflər arasında münasibətlər müqavilə ilə tənzimlənir.
e-tibb.az saytında qeydiyyatdan keçmək istəyən aptek (apteklər şəbəkəsi) barədə məlumatlar tələb olunan qaydada yerləşdirilməlidir.
Aptek məlumatların doğruluğuna görə məsuliyyət daşıyır (Lisenziya, rəsmi qeydiyyat haqda məlumatlar, iş saatları, ünvan, əlaqə nömrələri, elektron poçt ünvanı, sosial şəbəkə hesabları)
Aptek məlumatlarında dəyişiklik etmək istəsə, bu barədə sistemə bildiriş göndərmək vacibdir.
Sistemin tələb etdiyi qaydalara əməl etmək aptekin öhdəliyidir.
Saytda qeydiyyat, müəssisənin profilinin yaradılması, müəssisə haqqında yazılar, müsahibələr, reportajlar, videoçəkilişlər, aksiyalarla bağlı məlumatların yerləşdirilməsi müqavilə ilə tənzimlənir.
Müqavilə şərtlərinə əməl olunmadıqda xəbərdarlıq edilmədən aptekin profili bloklanır.