XƏBƏR

Qanverməni müvəqqəti qadağan edən SƏBƏBLƏR

date 21 Dekabr 2020

Qanverməni müvəqqəti qadağan edən SƏBƏBLƏR

Qanverməni daimi qadağan edən səbəblər barədə bir qədər əvvəl məlumat vermişik. Xatırladaq ki, qanverməni qadağan edən səbəblər iki hissəyə ayrılır: Qanverməni daimi qadağan edən səbəblər və qanverməni müvəqqəti qadağan edən səbəblər. 

e-tibb.az Mərkəzi Qan Bankına istinadən bu dəfə qanverməni müvəqqəti qadağan edən səbəblər haqqında məlumatı təqdim edir.

Müvəqqəti qadağanedici səbəblərə aşağıdakı tibbi göstərişlər daxildir:

 

Cərrahi əməliyyat olunan şəxslər 12 aydan öncə qan donoru ola bilməz.

 

Sarılıq xəstəliyi kimi bildiyimiz “Hepatit A” xəstəliyi keçirmiş şəxslər sağaldıqdan

 

12 ay sonra qan donoru ola bilər. 12 ay keçmədən qan donoru ola bilməzlər.

 

Viral respirator xəstəliklər keçirmiş şəxslər sağaldıqdan sonrakı 1 ay müddətində qan donoru ola bilməz.

 

Epilepsiyası olan şəxslər son 3 ildə epileptik tutma yaşamayıbsa, indiki zamanda dərman vasitələri qəbul etmirsə qan donoru ola bilər.

 

Tatuaj və pirsinq etdirən şəxslər 12 aydan öncə qan donoru ola bilməz.

 

Hamilə qadınlar qan verə bilməzlər. Qadınlar doğum və ya hamiləliyin sona çatdırılmasından 9 ay sonra, keysəriyyə üsulu ilə doğuş keçirən qadınlar isə 12 ay sonra qan donoru ola bilər.

 

Mərkəzi Qan Bankı bildirir ki, sərtəşdirilimiş karantin günlərində vətəndaşların karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq: “Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!”

 

Mərkəzi Qan Bankı: Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52

 

Qanverməni daimi qadağan edən səbəblər barədə buradan oxuyun:

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR