XƏBƏR

Koronavirus ən çox kimlər üçün ağır risk yaradır?

date 20 Dekabr 2020

Koronavirus ən çox kimlər üçün ağır risk yaradır?

Kişilərin Covid-19-dan ölüm riskinin qadınlardan daha yüksək olduğu ortaya çıxıb.

e-tibb.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Merilend Universiteti Tibb Fakültəsi tərəfindən aparılan araşdırma nəticəsində Covid-19-a yoluxan kişilərin ölüm riskinin qadınlara nisbətən 30 faiz daha yüksək olduğu məlum olub. Araşdırma çərçivəsində 67 min Covid-19 xəstəsi müayinə olunub, virus səbəbiylə ölüm nisbətinin kişilərdə qadınlardan yüksək olduğu təsbit edilib. Alimlər eyni yaş və sağlamlıq vəziyyətində olan Covid-19 xəstələrinin ölüm faizi arasındakı əlaqəni araşdırıblar.

ABŞ-dakı 613 xəstəxanada təxminən 67 min Covid-19 xəstəsinin nəticələri təhlil olunb, kişilərdə virusdan ölüm nisbətinin qadınlardan 30 faiz daha çox olduğu təsdiqlənib. Araşdırmada, 20-39 yaş arasında piylənməsi, hipertoniya və şəkərli diabet xəstəliyi olan virusa yoluxmuşların ölüm riskinin sağlam yaşıdlarından daha yüksək olduğu da görülüb.

Yaş amilinin Covid-19-un ölümcül təsiri üzərindəki əhəmiyyətinə işarə edən araşdırmaçılar, koronavirusa yoluxan uşaqlarda ölüm nisbətinin 2 faizdən az olduğunu qeyd ediblər.

Araşdırmaya rəhbərlik edən Katerina E. Goodman, yaşlı xəstələrin hələ də ölüm riski ən yüksək qrup olduğunu, ancaq piylənməsi olan və ya hipertoniyalı gənclərin ölüm riskinin daha yüksək olduğunu diqqətə çatdırıb.

Tədqiqatın nəticələri "Clinical Infectious Diseases" jurnalında dərc edilib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR