XƏBƏR

Hansı hallarda qan vermək olmaz?

date 17 Dekabr 2020

Hansı hallarda qan vermək olmaz?

Mərkəzi Qan Bankı qan verməni qadağan edən səbəblərlə bağlı məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, bu səbəblər iki hissəyə ayrılır. Qanverməni daimi qadağan edən səbəblər və qanverməni müvəqqəti qadağan edən səbəblər.

Qan verməni qadağan edən daimi səbəblər aşağıdakılardır:

 

Şəkərli diabet

Hepatirt B, C

QİÇS (HİV)

Sifilis

Bəzi ürək-damar xəstəlilləri olan şəxslər

Hipertoniya

Xroniki bronxit

Orqan transplantasiyası edilmiş şəxslər

Xroniki dəri allergiyası

İrsi qan xəstəliklri və anemiyası olan şəxslər

 

Qeyd edək ki, Mərkəzi Qan Bankı qana tələbatın artması ilə bağlı vətəndaşlara müraciət edib. Müraciətə görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatını artırıb: “Bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir”. 

Qeyd olunub ki, qan bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb:

“Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!”

Mərkəzi Qan Bankı - Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907; 440 65 86; 440 78 50; 441 66 52

 

E-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR