XƏBƏR

Zəncəfilin faydaları: İltihaba, mikroblara necə təsir edir?

date 20 Dekabr 2020

Zəncəfilin faydaları: İltihaba, mikroblara necə təsir edir?

Pandemiya dövründə koronavirusdan qorunmaq üçün ən çox istifadə olunan təbii məhsullardan biri də zəncəfildir. Bu gün çoxları zəncəfil köklərindən məhz immunitet gücləndirici, virusdan qoruyucu kimi yararlanır. Zəncəfilin hansı faydaları var? Hansı xəstəliklərə qarşı istifdaə oluna bilər?

e-tibb.az həkim-fitoterapevt Fizuli Hüseynovun zənəfil faydaları barədə fikirlərini təqdim edir:

Zəncəfilin iltihab əleyhinə və kapilyar genişləndirici təsiri:


İnvitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir.
Zəncəfil dəmləməsi həm də qanda prostoqlandilərin blokatoru kimi təsir göstərmişdir. Deməli, zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromlu xəstələrdə, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.

Antioksidant təsir:

Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələrin lipid peroksidazasına qarşı qoruyucu olduqları sübut edilmişdir. İn vitro olaraq isə zəncəfil dəmləməsinin OH2, O2, və ABTS sərbəst radikallarına qarşı təsri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunmaq deməkdir.

Ərəb xalqları demək olar hər gün zəncəfildən istifadə edirlər. Hər gün zəcəfildən bəlli bir miqdarda istifadə edilməsinə nəzarət edilib, 3 ay nəzarətdən sonra insan bədənində morfoloji dəyişikliklər baş verməyib, daxili orqanlarda heç bir tokisiklik müşahidə olunmamış, spermanın kəmiyyət və keyfiyyətində zəifləmə müşahidə olunmayıb. Bu o deməkdir ki, zəncəfildən daimi istifadə etməklə onun yalnız faydalı xüsusiyyətlərindən yararlanmaq olar, uzun müddətli istifadənin bədən üçün heç bir ziyanı yoxdur.

Antimikrob təsiri:

Zəncəfilin iltihabi xəstəliklərə təsiri revmatizmalı xəstələr üzərində araşdırılmışdır.
Zəncəfil həm daxilə qəbul olunub, həm də oynaqlar tətbiq edilib. Zəncəfil ekstraktı oynaqlarında şişkinlik və ağrılar olan xəstələrə tətbiq olunub, fizioterapiya aparatları ilə onun sorulması sürətləndirilib. Sonda ağrılarda və iltihabı şişkinlikdə azalmalar olmuşdur. 30 xəstə üzərində aparılmış sınaqların nəticələri isə belə olub:

Xəstələr 2 qrupa bölünüb, bir qrupuna plasebo (yəni içində təsirsiz maddə olan kapsullar) digərinə isə zəncəfil ekstraktlı kapsullar verilib. Nəticədə yenə də zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR