20 Dekabr 2020
Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq. Mütəxəssislər belən düşünür. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri, doktor Hans Klyuqe bəyan edib.
AZƏRTAC BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, H.Klyuqe, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşadığını xatırladıb.
ÜST təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.
H.Klyuqenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə - insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalması ola bilər.
O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-nin Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: “Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik”.
e-tibb.az