XƏBƏR

​​​​​​​Yumruqları sıxanda nə baş verir?

date 10 Aprel 2019

​​​​​​​Yumruqları sıxanda nə baş verir?

ABŞ-dan olan psixoloqlar beyinin işi ilə bağlı maraqlı araşdırma aparıblar. 

Aparılan araşdırmaya görə, bir sıra əl hərəkətləri beyinin fəaliyyətinə təsir edir, bəzi bölgələri hərəkətə keçirir.

Onlar hesab edir ki, sağ yumruğun 90 saniyə sıxılması yaddaşı gücləndirir, eyni hərəkətin sol əldə edilmədi isə xatırlamağı asanlaşdırır.

Mütəxəssislər 50 nəfəri bu araşdırmaya cəlb edib. Onlar əzbərləməyə başlamazdan əvvəl 90 saniyə sağ yumruğu, sözləri xatırlamazdan əvvəl isə 90 saniyə boyunca sol yumruğu sıxıblar. Bunu edənlərin nəticələri etməyənlərin nəticələrindən daha yaxşı dəyərləndirilib.  

Bununla da psixoloqlar belə qənaətə gəliblər ki, bəzi asan hərəkətlər beyinin çalışmasına ötəri də olsa təsir edə, yaddaşı inkişaf etdirə bilir. Sağ yumruğun sıxılması beyinin sol yarımkürəsi, sol əlin sıxılması isə sağ yarımkürəsinə təsir edir.

e-tibb.az

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR