REPORTAJ

Yüksək təzyiqin DƏRMANSIZ müalicəsi tapılıb

date 10 Aprel 2019

Yüksək təzyiqin DƏRMANSIZ müalicəsi tapılıb

Dünyada milyonlarla insanı narahat edən və ani ölümə səbəb olma baxımından çox riskli xəstəliklərdən sayılan hipertoniyanın yeni müalicə üsulu tapılıb.

Londondakı Kraliça Meri Universitetinin alimləri səs dalğası vasitəsilə böyrəklərdə olan sinir hüceyrələrinə təsir edib, onları yandırmaqla hipertoniyanı müalicə etdiklərini, yüksək təzyiqin aşağı enməsinə nail olduqlarını açıqlayıblar.

“Daily Mail” qəzetində yayılan məlumata görə, bu metodun tətbiq müddəti 60 dəqiqədir. Bir saatlıq müalicə seansı ilə təzyiq xəstələrinin dərmanlardan qurtulması mümkündür.

İngiltərədə ürək tutması və iflicin daha çox ölümə səbəb olduğu, həmin hallara daha çox yüksək təzyiqin səbəb olduğunu nəzərə alan mütəxəssislər, bu metodun xəstəliklərin riskini də azaldacağını bildirirlər.

Adı çəkilən metod baş ağrısı, ishal, baş gicəllənməsi, halsızlıq kimi yan təsirləri də azaldır.

Bu müalicə metodunun tətbiq olunduğu insanların 60 faizində müsbət nəticə əldə olunduğu məlum olub. Hesab olunur ki, bu müalicə ilə hipertoniya xəstələrinin 1/3-dən çoxunun dərmana ehtiyacı qalmayacaq.


e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR