XƏBƏR

Yüksək təzyiqi olanlar şəkəri bununla əvəz etməlidir

date 17 Dekabr 2019

Yüksək təzyiqi olanlar şəkəri bununla əvəz etməlidir

Yüksək təzyiqlə mübarizə aparmaq üçün daha bir araşdırma aparılıb.

e-tibb.az-ın xəbərinə görə, Planet Today portalının yaydığı məlumatda bildirilir ki, ABŞ-dakı Delaver Universitetinin alimləri hipertoniyadan əziyyət çəkən insanları həyat tərzini dəyişməyə, müəyyən pəhrizlərə riayət etməyə çağırıb, yalnız dərmanlara ümid etməməyi tövsiyə edirlər.

Universitetin mütəxəssisləri şəkərin hipertoniya ilə əlaqəsini müəyyən edən araşdırma aparıblar. Tədqiqatda 65 yaşdan 80 yaşa qədər (57 kişi və 71 qadın) olan 128 insan iştirak edib.Alimlər belə qənaətə gəliblər ki, meyvələr arterial təzyiqi azaltdığına görə, şəkəri onlarla əvəz etmək lazımdır.

Meyvələr orqanizmi həm də sağlamlığın əsas dayaqlarından olan lif, antioksidantlar, vitaminlər, minerallar və digər bioloji aktiv maddələrlə təmin edir. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR