XƏBƏR

Elektron diş fırçası hazırlanıb

date 17 Dekabr 2019

Elektron diş fırçası hazırlanıb

Texnologiyalar sahəsində əldə olunan nailiyyətlər tezliklə insanları stomatoloqa müraciət etmək ehtiyacından xilas edə bilər.

e-tibb.az ict.az-a istinadən xəbər verir ki, Çin brendi olan “Xiaomi” şirkəti “Mijia” elektron diş fırçasını təqdim edib.

Bu qurğu dişlər arasındakı dərinliklərə daxil olaraq, ağız boşluğunu bakteriyalar və qida qalıqlarından təmizləyir. Həmçinin diş ətlərini masaj edərək, qanaxmanı azaltmaqla ağız boşluğu xəstəliklərinin qarşısını alır.

Yeni texnologiya diş minasının tamamilə təmizlənməsinə imkan verir. Elektron fırça ağız boşluğunun görünməyən sahəsinə toxuna bilməsi ilə də fərqlənir. Bunun üçün 4 peşəkar başlıqla təchiz olunub. “Mijia” 2200 milliAmper/saat tutumunda inteqrasiya edilmiş akkumulyatora malikdir ki, onun sayəsində qurğu bir dəfə enerji ilə doldurulduqdan sonra 45 günə qədər işləyə bilir.

Qurğunun qiyməti təxminən 24 ABŞ dolları təşkil edəcək.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR