XƏBƏR

Dövlət müəssisələrinin birində süni mayalanma mərkəzi yaradılır

date 12 Sentyabr 2019

Dövlət müəssisələrinin birində süni mayalanma mərkəzi yaradılır

Dövlət müəssisələrində süni mayalanma mərkəzlərinin yaradılması istiqamətində aktiv işlər gedir.

e-tibb.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova lent.az -a müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda dövlət müəssisələrinin birində süni mayalanma mərkəzi yaranacaq: “Bu mərkəz yarandıqdan sonra əhali bu prosesdən doğru-düzgün, qanun çərçivəsində yararlana biləcək. Gələn ildən tibbi sığortaya keçdiyimizi də nəzərə alsaq, çox güman ki, prosesin müəyyən qismini tibbi sığorta əhatə edəcək”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR