XƏBƏR

Yeni yaradılan sistem ürəyin bir döyüntüsü ilə onda olan çatışmazlığı aşkar edir

date 13 Sentyabr 2019

Yeni yaradılan sistem ürəyin bir döyüntüsü ilə onda olan çatışmazlığı aşkar edir

Böyük Britaniyanın Surrey Universitetinin alimləri neyron şəbəkəsinə pasientlərin kardioqramında (EKQ) ürək çatışmazlığı əlamətlərini tanımağı öyrədiblər.

ict.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, diaqnostik sistemin işi dəqiqliyi və sürəti ilə fərqlənir. Belə ki, bu, bir seansa 100% dəqiq diaqnoz qoyur. Bundan başqa, süni intellekt xəstəliyin ağırlıq dərəcəsini göstərən morfoloji xüsusiyyətləri müəyyən edə bilər.

Qeyd olunur ki, dəqiqliyin 100 % olması ilə bağlı iddialara hələ ki, tənqidi yanaşmaq olar. Hazırkı mərhələdə süni intellekt minlərlə sağlam insanın və çatışmazlığın ağır formasına rast gəlinən pasientlərin EKQ-si üzərində sınaqlar keçirib. Buna görə də, neyroşəbəkə xəstə insanı sağlam insandan tamamilə dəqiq ayırd edir. Xəstəliyin hələ yenicə inkişaf etməyə başladığı və simptomların qeydə alınmadığı pasientləri tapmaq və onların EKQ-sını  əldə etmək daha çətin olduğuna görə neyroşəbəkənin bu insanlar üzərində sınaqlar aparması çətinləşir.

Alimlər hesab edirlər ki, süni intellekt-diaqnostu real işə cəlb etməzdən öncə hələ minlərlə test etmək lazımdır. Süni intellekt isə bunun üçün nəzərdə tutulmayıb. Neyroşəbəkə hətta kiçik daşınan qadcetin toplaya biləcəyi kiçik həcmli məlumatların istifadəsi ilə sürət analizi üzrə optimallaşdırılıb. Bu, klinikalarda insanları uzun və yorucu müayinələrdən keçmək ehtiyacından qurtarmaq üçün lazımdır. İnsanların əvəzinə yığcam elektronika onların sağlamlıq vəziyyətini daim müşahidə edəcək.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR