XƏBƏR

Virusun ən yoluxucu növü - Yeni ştam 10 qat artıq sürətli yayılır və daha ölümcüldür

date 1 Sentyabr 2020

Virusun ən yoluxucu növü - Yeni ştam 10 qat artıq sürətli yayılır və daha ölümcüldür

Koronavirusun yeni ştamı daha ölümcül sayılır. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada bu yaxınlarda aşkar edilmiş koronavirusun yeni ştamının daha ölümcül olduğu açıqlanıb. Virusoloq Anatoliy Altshtein bu haqda danışaraq bildirib ki, İndoneziya artıq bir çox yerlərdən daha yüksək ölüm nisbətinə sahibdir. Bu ştam daha ölümcüldür. Məlumata görə, ölüm nisbətinin yüksək olduğu ABŞ-ın şimal-şərq əyalətlərində də buna rast gəlinib.

Bir çox ölkədə koronavirusdan ölüm hallarının azaldığına diqqət çəkən virusoluqun fikrincə, bu, ağır ştamların daha yüngül olanlarla əvəzlənməsi ilə əlaqədardır. Onun sözlərinə görə, bu ştam Rusiyaya çatsa, orada kök sala bilməyəcək. Çünki indi orada epidemiya kifayət qədər yüksək səviyyədədir və yerli ştamlar daha yoluxucu olduğundan, digər koronavirus növlərini sıxışdıracaqlar. 

Koronavirusun ən yoluxucu növü olan D614G ştamı İndoneziyada aşkarlanıb. Qonşu Malayziya və ABŞ-da da bu ştama rast gəlinib. Həmin ştam ilk dəfə 2020-ci ilin yanvarında Almaniyada aşkarlanıb.

Eikman adına Molekulyar Biologiya İnstitutunun mütəxəssisləri araşdırma aparararaq yeni virus ştamının Çinin Uhan şəhərində ortaya çıxan orijinal koronavirus ştamından 10 qat daha sürətli yayıldığını aşkar ediblər.

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR