XƏBƏR

Bu ağrılar təcili həkimə müraciət etmək üçün xəbərdarlıqdır

date 1 Sentyabr 2020

Bu ağrılar təcili həkimə müraciət etmək üçün xəbərdarlıqdır

Fiziki aktivlik, idman zamanı hansı ağrının təcili olaraq həkimə müraciət etmək üçün xəbərdarlıq olduğu açıqlanıb.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) tövsiyəsinə əsasən, müntəzəm idman yalnız ürək-damar xəstəliklərinin qarşısını almır, həm də kardiovaskulyar (ürək-damar xəstəlikləri) xəstəlikləri diaqnozu qoyulmuş insanlarda erkən ölüm riskini azaldır. e-tibb.az xəbər verir ki, London Universitetinin idman kardiologiyası və irsi ürək xəstəliklərinin müalicə üzrə mütəxəssisi, professor Sanjay Şarm və onun həmkarları, fiziki aktivlik, idman zamanı ortaya çıxan bir halın dərhal həkimə, mütəxəssisə müraciət etmək üçün əsas olduğunu açıqlayıblar.

Onlar hesab edir ki, fiziki aktivliv zamanı sinədə 15 dəqiqədən çox davam edən ağrıya görə hər kəs təcili yardım çağırmalıdır. Onlar hesab edir ki, hərəkətin, idmanın ürəyin çırpıntısına, qeyri-adi nəfəs darlığına və ya sinədə narahatlığa səbəb olduğu görülərsə, aktivliyi azaltmaq lazımdır. Mütəxəssislər “Bu, həkimə getmək üçün siqnaldır”, - deyə bildiriblər.

Onlar piylənmə, yüksək qan təzyiqi və ya şəkərli diabetdən əziyyət çəkən insanlara həftədə ən azı üç dəfə idman etməyi tövsiyə edirlər. Xüsusilə  velosiped sürmə, qaçış, üzgüçülük kimi orta və intensiv aerobika fəaliyyəti məsləhət gprülür. Bununla yanaşı, mütəxəssislər vurğulayıb ki, idman, məşq proqramları həkimlə razılaşdırılmalıdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR