XƏBƏR

Mineral suların faydaları və ziyanları: Kimlər içməməlidir?

date 1 Sentyabr 2020

Mineral suların faydaları və ziyanları: Kimlər içməməlidir?

 

Minerallarla zəngin təbii-qazlı və qazsız mədən sularının çoxlu faydaları var. Bu suların tərkibi kalsium, maqnezium, flor, natrium, kalium, kükürd, dəmir və başqa elementlərlə zəngindir.  

Dietoloq Reyhan Cabbarlı lent.az-a mineral suların faydaları haqda açıqlamasında bildirib ki, keçmiş zamanlarda insanların daha sağlam olma səbəblərindən biri də təbii mədən suları içmək göstərilə bilər.

Onun sözlərinə görə, mədən sularında olan yüksək miqdarda kalsium və flor sümük ərimələrindən, diş səthi zəifliyindən qoruyur. Natriumla zəngin sular təzyiqi aşağı olan insanlara məsləhət görülür, çünki natrium təzyiqin yükıəslməsinə səbəb olur. Təzyiqi olanlar isə bu sulara limon suyu əlavə edərək içə bilərlər. Təzyiq problemi olmayan yetkinlik yaşında olan uşaqların və hamilələrin də mineraıl su içməsi faydalıdır. Həzmsizlik, bulantı problemləri zamanı məhz bu içkilər məsləhət görülür.

Gündəlik norma 200-250 millilitr sayılır. Dietoloq bildirib ki, dünyada ən çox idmançılara mədən suları içmək tövsiyə edilir. Məşq zamanı tərlə birgə itirilən yüksək mineralların böyük bir qismi 250-500 ml mədən suyu ilə bərpa edilə bilir. Ancaq qazlı mədən suları yarışlardan, məşqlərdən qabaq qaz yaranma riskinə görə içilməməldir. Qazsız və ya az qazlı mədən suları istifadə olunmalıdır. Mütəxəssisin sözlərinə görə, şüşə qablarda olan mədən suları mineral tərkibini itirmir. Onun sözlərinə görə, mineral sular olan şüşə qabların daha çox tünd rəngdə olması Günəş şüası ilə təmasda mineral tərkibin itirilməsini minimuma endirmək məqsədi daşıyır.

Həkim qeyd edib ki, sağlam insanlar mineral suları uyğun miqdarda içdikdə hər hansı zərəri olmur. Ancaq, böyrək problemi olanlar, ən çox da dializ xəstələri üçün böyük riskləri var.

Dietoloq, mədən sularının kalorisinin olmadığını da deyib. Buna görə də pəhriz saxlayanlar bu suları qəbul edə bilər. Mədən suları bədəndən duzların təmizlənməsinə də kömək edir. Üzdəki qırışları azaldır. Hamilə qadınlar üçün də faydalı sayılır. Çünki qidaların daha rahat və sürətli həzm prosesinə yardım edir. Həmçinin mineral sular enerjinin bərpasını təmin edir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR