XƏBƏR

Uşaqlarda çəki artımı necə olmalıdır?

date 3 Yanvar 2021

Uşaqlarda çəki artımı necə olmalıdır?

Valideynlərin ən çox narahat olduğu və həkimə müraciət etdiyi məsələlərdən biri də uşaqlarda çəkinin norması məsələsidir. Ətrafdakı insanların uşağın çəkisinin az və ya çox olması haqda fikirləri valideynləri hər zaman naraht edir.

Bunu pediatr, uzman həkim Altay Abdullaoğlu bildirib. Həkim, “Uşağın yaşa görə çəkisi necə olmalıdır”, “Çəki artımı nə qədər olmalıdır” kimi suallara belə cavab verib:

“Ümumi olaraq qeyd etmək lazımdır ki, hər insanın eyni zamanda da körpənin çəkisi fərdidir. Yəni eyni yaşda olan uşaqlar eyni çəkidə olmalıdır deyə qayda yoxdur. Tam normal və sağıam uşaqlarda çəkilər fərqli olur. Çəki müxtəlifliyi eyni zamanda oğlan və qız uşaqlarında da fərqli olur. Hətta bəzən eyni ailənin övladları 2 bacı və ya 2 qardaş arasında da çəki müxtəlifliyi müşahidə olunur. Çünkü qeyd etdiyimiz kimi hər bir uşağın bədən quruluşu fərdi və eyni zamanda fərqlidir.

Norma genetik faktorlara görə də dəyişkəndir. Misal olaraq əgər ailə fərdləri köklüyə meyillidirsə və ya əksinə olaraq əsasən az çəkilidirsə, uşaq da bu genetikanın davamçısıdır.

Uşaqlarda çəki azlığı hipotrofiya adlanır. Hipotrofiya zamanı uşaq orqanizmində orqan və sistemlərin inkişafı gecikir, tez-tez infeksion xəstəliklər yaranır. Hətta xəstəliyin ağır formaları körpənin həyatını itirməsinə də səbəb ola bilər. Normativlərə uyğun olmayan körpənin çəki nisbəti araşdırılmalı, ikincili bir problem varsa, həkim nəzarəti altında müalicə üsulu seçilməlidir. Müəyyən dövrlərdə çəkidə keçici olaraq dəyişkənlik baş verərsə, bunu xəstəlik kimi qəbul etməyə ehtiyac yoxdur”.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR