XƏBƏR

Bu ürək qüsurunun əsas əlaməti təngnəfəslik və tez yorulmadır- Bəzən 40-50 yaşlarda ilk dəfə aşkarlanır

date 3 Yanvar 2021

Bu ürək qüsurunun əsas əlaməti təngnəfəslik və tez yorulmadır- Bəzən 40-50 yaşlarda ilk dəfə aşkarlanır

Anadangəlmə ürək qüsurlarından biri də atrial septal defektdir (ASD). Atrial septal defekt nədir?

İnvaziv kardioloq Gülanə Ağayevanın bununla bağlı e-tibb.az-a üçün hazırladığı məqaləni təqdim edirik:


Atrial septal defekt (ASD) - anadangəlmə ürək qüsuru olub, ürək qulaqcıqları arasında defektin (əlaqənin) olmasına verilən addır.
Bu halda təmiz qanın bir hissəsi ürəyin sağ hissəsinə keçir, bu da ağciyərlərə gedən qan miqdarının artmasına, zamanla ağciyər damarlarının və ürəyin böyüməsinə səbəb olur.
Bu defektin əsas əlamətləri təngnəfəslik və tez yorulmadır, əksər hallarda yetişkin yaşlara qədər simptomsuz qala bilir. Hətta bəzən 40-50 yaşlarda ilk dəfə aşkar olunur.
ASD aşkar olunan xəstələrdə simptomların olub-olmaması, ürəyin ölçüləri, defektin ölçüsü və digər başqa faktorlar müalicə qərarına təsir edir. Əksər hallarda defektin qapadılmasına ehtiyac olur. Qapadılma üsulu defektin ölçüsünə və yerləşməsinə görə seçilir. Uyğun olarsa daha üstün tutulan üsul defektin invaziv yolla yəni qapalı üsulla ayaq damarından girilərək qapadılmasıdır. Defektin ölçü və yerləşimi invaziv yolla qapamaya imkan vermirsə, o zaman açıq cərrahi əməliyyat yolu ilə defekt qapadılır.

Əməliyatdan sonra qısa müddət ərzində xəstələr normal həyat fəaliyyətini bərpa edirlər. Qadın xəstələri maraqlandıran bir məqam var - ASD qapadılmasından sonra hamiləlik və normal doğuşda heç bir problem yaranmır və əks göstəriş yoxdur. Lakin bu defekt qapadılmadan baş verən hamiləlik ciddi problemlərə səbəb ola biləcəyindən bütün qadınlara tövsiyə edərdim ki, hamiləlik planlaşdırılmazdan əvvəl kardioloji müayinə olunsunlar.

Ürəyinizi qoruyun ki, sizi yaşatsın.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR