XƏBƏR

Ürəyi məşq və pəhrizlə də qorumaq olur

date 28 Avqust 2020

Ürəyi məşq və pəhrizlə də qorumaq olur

Qidalanma ürəyin sağlam olmasında çox vacib rol oynayır. Ürək üçün faydalı olan dərmanlardan əlavə, digər yanaşmalar da var. e-tibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu Samir Mustafayev deyib. Ürək sağlamlığının qorunmasında qidalanma tərzi barədə danışan mütəxəssis bildirib ki, burada məşq və pəhriz aparıcı rol oynayır.

Onun sözlərinə görə, həftədə minimum 150 dəqiqə sürətli tempdə gəzmək kifayətdir. İstər həftədə 75 dəqiqə, istərsə də 5 gün ərzində 30 dəqiqə idmanla məşğul olmaq və bunu həyat tərzinə çevirmək lazımdır.

Həkim vurğulayıb ki, ürək-damar xəstələri əsasən tərəvəz və meyvələrə üstünlük verməlidir, qırmızı əti mümkün qədər azaltmaq tövsiyə olunur: “Burada iki qidalanma tərzini xüsusilə vurğulamalıyıq: Birincisi, duzun miqdarını azaltmaq lazımdır. Duz təzyiqin yüksəlməsinə yol açır, bu isə ürək çatışmazlığına, infarkta və qəfil ölümə səbəb ola bilər. Duzdan nə qədər az istifadə etsəniz, ürəyiniz bir o qədər sağlam işləyəcək. Digər vacib məqam yağsız yeməklərdir. Əsasən qızartma yeməklərdən uzaq durmağa çalışın, yağlı yeməklər damar divarlarında yağ lövhələrinin meydana gəlməsinə səbəb olur ki, bu da gələcəkdə infakt və insult yaranması riskini artırır. Qırmızı ət və ya digər qidalar yeyərkən, qızartmaq əvəzinə qaynatmağı və ya sobada bişirməyi məsləhət görürük”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR