XƏBƏR

Yaşlılarda skeleti və əzələni möhkəmləndirən vitamin: Hər gün bir meyvə və ya tərəvəz kifayət edir

date 28 Avqust 2020

Yaşlılarda skeleti və əzələni möhkəmləndirən vitamin: Hər gün bir meyvə və ya tərəvəz kifayət edir

C vitamininin insan orqanizmi üçün çoxlu sayda faydaları var. Onların nələrdən ibarət olduğu vaxtaşırı açıqlanır. Bu vitaminin daha bir faydası isə yeni aparılan araşdırma nəticəsində məlum olub.

e-tibb.az xəbər verir ki,  Şərqi İngiltərə Universitetinin alimlərinin apardığı araşdırmaya görə, sitrus meyvələrində, giləmeyvə və tərəvəzlərdə bol miqdarda rast gəlinən C vitamini yaşlı şəxslərdə skelet-əzələ sisitemini qoruyucu rolunu oynayır.  

Bu qidaları daha çox qəbul edən yaşlı insanlar daha güclü sümük, əzələ kütləsinə sahib olurlar. Tədqiqat çərçivəsində 48 və 82 yaş arasında olan 13 min insanın məlumatları təhlil edilib. Bu insanların bir həftə ərzində qəbul etdikləri qidalarda və qanda C vitamini miqdarını ölçən mütəxəssislər əzələ kütlələrini hesablayıblar. Müəyyən olunub ki, C vitamini ilə zəngin qidalar qəbul edənlərdə əzələ kütləsi daha yaxşı vəziyyətdədir.

Tədqiqat qrupundan olan həkim Riçard Hayhoe qəbul etdikləri qidada və ya qanlarında ən yüksək C vitamini olan insanların ən yaxşı skeletə və əzələ kütləsinə sahib olduqlarını bildirib.

O, həmçinin iştirak edən kişilərin 60 faizi, qadınların isə 50 faizinin Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyə etdiyi qədər C vitamini qəbul etmədiyini də öyrəndiklərini qeyd edib: “İnsanların böyük dozalarda C vitamininə ehtiyacının olduğunu söyləmirik. Hər gün portağal kimi bir sitrus meyvəsi və ya tərəvəz yemək çox adam üçün kifayət edər".

Tədqiqat işinin rəhbəri, professor Ailsa Welch isə insanların yaşlandıqca skelet- əzələ kütlələrini tədricən itirdiklərini vurğulayıb. Onun sözlərinə görə, 50 yaşdan yuxarı insanlar hər il skelet-əzələ kütləsinin 1 faizini itirirlər və bu, böyük bir problemdir. Çünki sarkopeniya (sümük əriməsi, əzələ itkisi-red.) gücsüzlük, fiziki çatışmazlıq, ikinci tip şəkərli diabet kimi probelmlərə səbəb olur. Bu isə həyat keyfiyyətini azaldır.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR