XƏBƏR

Bu vitamin koronavirusdan qoruya, virus yükünü azalda bilir-Yeni ARAŞDIRMA

date 28 Avqust 2020

Bu vitamin koronavirusdan qoruya, virus yükünü azalda bilir-Yeni ARAŞDIRMA

Koronavirusu əngəlləyən vitaminin olduğu açıqlanıb. e-tibb.az xəbər verir ki, Hindistandan olan alimlər bildiriblər ki, B12 vitamini virus yükünü azalda, həm də xəstəliyin gedişini yüngüləşdirə bilər.

Hindistanın Manipal Ali Təhsil Akademiyası və Regional Biotexnologiya Mərkəzinin mütəxəssisləri araşdırma əsasında belə nəticəyə gəliblər. Biotexnoloqlar kompüter simulyasiyasına əsaslanan tədqiqat zamanı B12 vitamininin patogenin çoxalmasına cavabdeh olan koronavirus genomunda xüsusi bir ferment yatırmağa qadir olduğunu müəyyənləşdiriblər.

Amma hesab olunur ki, bu vitaminin COVID-19-a qarşı istifadəsinin effektivliyi yalnız əlavə tədqiqatlardan sonra daha dəqiq təsdiqlənə bilər. Bununla yanaşı, hindistanlı mütəxəssislər hesab edirlər ki, bu vitaminin sərbəst buraxılış forması olan metilkobalamin artıq koronavirus xəstələrinə, həmçinin infeksiya riski olan insanlara profilaktika məqsədilə təyin oluna bilər.

Amma rusiyalı mütəxəssislər hindistanlı həmkarlarını əldə etdikləri nəticələrə ehtiyatla yanaşmağa çağırırlar, çünki hesab edirlər ki, bu, yalnız kompüter modelləşdirilməsinə əsaslanır və əlavə araşdırma tələb olunur.

Qeyd edək ki, B 12 vityamini ilə zəngin olan qidalar kimi  taxıl məhsulları, pendir, yumurta, süd və süd məhsulları, qırmızı ət, somon balığı xüsusi olaraq vurğulanır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR