XƏBƏR

"Ürək və Damar Cərrahiyyəsi" jurnalı təqdim olunub

date 29 Fevral 2020

"Ürək və Damar Cərrahiyyəsi" jurnalı təqdim olunub

Bakıda "Ürək və Damar Cərrahiyyəsi" jurnalının təqdimat mərasimi keçirilib.  

e-tibb.az xəbər verir ki, Ürək və Damar Cərahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayevin cəmiyyətinin nəşri olan jurnalın ilk sayının işıq üzü gördüyünü bildirib: "Ölkəmizdə belə bir jurnalın dərc olunması ürək-damar cərrayihəsinin keyfiyyətcə yeni bir mərhələsinin başlanğıcıdır. İnanıram ki, bu sahənin mütəxəssisləri elmi işləri ilə, araşdırmalarıyla ürək-damar cərrahiyyəsinin inkişafına öz töhfələrini verəcəklər".

K.Musayev bildirib ki, jurnal Azərbaycan, rus və ingilis dillərində ildə iki dəfə nəşr olunacaq.

Qeyd edək ki, elmi-praktik jurnalın təsisçisi olan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti 2004-cü ildən etibarən rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR