XƏBƏR

İmmun zəifliyi: Əhalinin 7-15 faizə qədəri bu problemdən əziyyət çəkir

date 1 Mart 2020

İmmun zəifliyi: Əhalinin 7-15 faizə qədəri bu problemdən əziyyət çəkir

Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünyanın bütün ölkələrində əhalinin 7-15 faizə qədəri immunitetin zəifliyindən əziyyət çəkir.
e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) 1 Mart Ümumdünya İmmunitet Günü ilə bağlı açıqladığı məlumatda bildirilir.

Hər il martın 1-də Ümumdünya İmmunitet Gününün qeyd edilməsi –bu problemə insanların diqqətini cəlb etmək məqsədilə təsis edilib.

Qeyd olunub ki, insanı qoruyan hüceyrələrin təxminən 80 faizi mədə-bağırsaq boşluğunda yerləşir. Həyatda hər gün saysız-hesabsız bakteriyalarla üzləşirik, lakin immun sisteminin sayəsində onlardan qorunaraq xəstəliklərə yoluxmuruq. Bu mənada, immun sistemi orqanizm üçün etibarlı sipər rolu oynayır. Düzgün qidalanma immunitetin möhkəm olmasının əsas şərtlərindən sayılır. Buna nail olmaq üçün qida rasionunda meyvə, tərəvəz, müxtəlif sıyıqlar və ağartı məhsulları üstünlük təşkil etməlidir. Çay içmək də immuniteti artıran vasitələrdən hesab olunur. Yaxşı qidalanma, sağlam yuxu, hərəkət, tütündən və alkoqoldan imtina, özünün və ətrafdakıların psixikasına qayğıkeş münasibət və əlbəttə ki, gigiyena qaydalarına riayət olunması orqanizmin immunitetini möhkəmləndirir.

Qeyd edək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən qeyd olunmağa başlanıb. Bu günün məhz baharın başlanğıcında seçilməsi də təsadüfü deyildir. Beləki, immun sisteminin funksiyasının zəifləməsi halları bu fəsildə daha qabarıq şəkildə özünü biruzə verir.

Bu günün qeyd olunmasında əsas məqsəd , immun sisteminin insan orqanizmdəki mühüm əhəmiyyətini əhaliyə çatdırmaq və onun möhkəmləndirilməsi yollarını göstərməkdən ibarətdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR