XƏBƏR

Ürək tutmasını başqa problemlərlə dəyişik salırlar - Kardioloqdan XƏBƏRDARLIQ-VİDEO

date 1 Mart 2020

Ürək tutmasını başqa problemlərlə dəyişik salırlar - Kardioloqdan XƏBƏRDARLIQ-VİDEO

Stenokardiya, başqa sözlə, xalq arasında “döş inağı” deyilən problem zamanı döş sümüyünün arxasında şiddətli ağrı yaranır. Bu ağrı əsasən ürəyin tac damarlarında daralma nəticəsində meydana gəlir. Həmin damarlar ürək əzələsini kifayət qədər qanla, oksigenlə. qida maddələri ilə təchiz edə bilmir. Damardan qan keçə bilmədiyinə görə, ürəkdə ağrı yaranır.

e-tibb.az xəbər verir ki, bunu ali dərəcəli kardioloq, Bakı Sağlamlıq Mərkəzinin həkimi Ağadadaş Rəşidov APA TV-nin “Öncə sağlıq” proqramında deyib.

Kardioloq qeyd edib ki, stenokardiya ağrıları əsasən döş sümüyünün arxasında yaranır, çiyinə, sol qola, hətta çənəyə, qədər yayılır. Sürətlə yeriyəndə, ağır yük götürəndə yaranan belə ağrılar zamanı stenokardiyadan şübhələnmək olar. Onun sözlərinə görə, ürək nahiyəsində, kürəkdə olan deşici ağrı  daha çox əzələ, sinir ağrısına xasdır, ürək problemi zamanı belə ağrı olmur.

Həkim deyib ki, stenokardik ağrı hətta ürəkbulanma, qusma yarada, eynilə mədə xorasında olduğu kimi  ağrılar yarada bilər: “Hətta bəzən belə hallarda bunu zəhərlənmə sanıb mədəni yuyur, başqa qeyri-adekvat tədbirlər görürlər, bu isə ağırlaşmaya, hətta ölümə səbəb olur. Ona görə də ehtiyatlı olmaq lazımdır”.

Kardioloq ürək problemləri barədə bir çox sualları cavablandırıb. Ətraflı videoda tanış ola bilərsiniz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR