XƏBƏR

Koronavirusu aşkarlayan maskalar hazırlanır - FOTO

date 29 Fevral 2020

Koronavirusu aşkarlayan maskalar hazırlanır - FOTO

Dünyada təşvişə səbəb olan koronavirusu aşkarlamaq üçün artıq test mövcuddur. Amma alimlər virusu daha tez aşkarlamaq üçün araşdırmaları davam etdirirlər.

e-tibb.az xəbər verir ki, Britaniyadkı Leicester Universitetinin alimləri koronavirusu yarım günə təsbit edə bilən maska üzərində çalışırlar. Artıq test mərhələsində olan belə bir maskanın vərəmi təsbit etdiyi çoxdan məlumdur. Bu maska taxılan kimi nəfəs damcılarını sorur. Sonra isə nəfəsdə bakteriya, yoxsa virusun olub-olmadığını tapmaq üçün laboratoriyada bir neçə saat lazım olur. Halbuki koronavirusu aşkarlamaq üçün mövcud olan testlərlə nəticələrin öyrənilməsi 48 saata qədər çəkir.

Amma alimlər bu maskaların yeni koronavirus - COVID-19 xəstələri üzərində test edilməsi üçün bir qədər zaman (bir neçə ay) lazım gəldiyini də bildiriblər.

İndiyə kimi sadəcə, vərəm xəstələri üzərində sınanan maskalar ölümcül xəstəliyi 90 faiz dəqiqliklə təsbit edə bilib. Alimlər bu maskaların koronavirsu da eyni dəqiqliklə aşkarlaya biləcəyinə əmindirlər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR