XƏBƏR

Tibbi maska istifadəsi zamanı bunlara DİQQƏT OLUNMALIDIR

date 13 Aprel 2020

Tibbi maska istifadəsi zamanı bunlara DİQQƏT OLUNMALIDIR

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi maskalardan istifadə qaydaları ilə bağlı infoqrafiya hazırlayıb.

e-tibb.az xəbər verir ki, sosial şəbəkədə yayılan infoqrafiyada tibbi maskanın burun, ağız və çənəni örtən hissəsinə toxunulmamalı olduğu qeyd olunub. Əgər təsadüfən bu hissələrə toxunularsa, əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt tərkibli məhlulla dezinfeksiya olunmalıdır.

Tibbi maska istifadə zamanı çirklənsə, nəmlənsə, cırılsa, mütləq yenisi ilə dəyişdirilməlidir. Tibbi maska ortaq istifadə edilməməlidir. İstifadə edilmiş tibbi maskanın çirklənmədiyi düşünülsə də,  əsla təkrar istifadə olunmamalıdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR