XƏBƏR

Körpələrdə görməni inkişaf etdirmək QAYDALARI- Oftalmoloqdan TÖVSİYƏLƏR

date 13 Aprel 2020

Körpələrdə görməni inkişaf etdirmək QAYDALARI- Oftalmoloqdan TÖVSİYƏLƏR

Yenidoğulmuşlarda, körpələrdə görmə necə inkişaf edir?

Görmədə yaranan problemləri necə ayırd etmək olar?

Körplərdə görmə hansı inkişaf mərhələrindən keçir?

Valideynlər körpələrdə sağlam görmənin inkişafı üçün nə etməlidir?

Oftalmoloq, uzman həkim Mehriban Əlizadə e-tibb.az üçün yazdığı məqalədə bir çox məqamlara aydınlıq gətirib, tövsiyələr verib.

Yenidoğulmuşlarda görmənin  inkişaf mərhələləri

Yenidoğulmuşların gözləri və görmə qabiliyyəti  anadan olarkən tam formalaşmamış olur. Buna baxmayaraq doğuşdan sonra qısa müddətdə önəmli inkşaf mərhələsindən keçir.

-Doğuştan 3 ayına qədər olan dövrdə görmə sistemində baş verən dəğişikliklər:

Yenidoğulmuş parlaq əşyalara baxır, ancaq iki əşya arasında fərqi ayırd edə bilmir. Bir ayın ərzində gözlər müştərək işləməyə başlıyır, görmə itiliyi kəskin artır. Əl-ayaq koordinasiyası inkşaf edir, uşaq hərəkətli əşyaları gözü ilə izləməyə başlıyır. Uşaqlar səkkizinci həftədə valideynlərinin və yaxınlıqdakı üzlərə diqqətlə baxmağa başlayır.

Həyatının ilk iki ayında yenidoğulmuşun gözləri yaxşı koordinasiya olunmadığı üçün aradabir çəpləşmə kimi görülə bilər. Bu normal bir vəziyyətdir. Ancaq göz daimi olaraq ya xaricə ya da daxilə baxırsa, mütləq göz həkiminə müraciət etmək lazımdır.

Üç ayındakı uşaq gözləri ilə hərəkətli əşyaları sərbəst olaraq izləyir və ona toxunur.

Körpənin  1 ayına qədər valideynlər aşağıdakıları etməlidir:

-Uşağın yataq otağında gecə lampası və ya zəif işıq qoyulmalıdır.

-Tez-tez uşağın beşiyinin və uşağın özünün yönü dəyiştirilməlidir.

-Uşağın oyuncaqları 20-30 sm məsafədən yerləşdirilməlidir.

-Otaqda gəzindiğiniz zaman uşaqla danışmaq lazımdır.

-Hər dəfə uşağı qidalandırdıqda yönünü sağ və ya sol tərəfinə dəğiştirmək lazımdır.

5-8-ci  aylar

-Bu aylar ərzində göz hərəkətlərinə nəzarət və göz -bədən koordinasiya bacarıqlarının inkşafı davam edir.

-Doğuşdan uşaqda dərinlik hissi (bir cismin digərinə görə yaxında və ya uzaqda yerləşməsi) olmur. Bu hiss təqribən beş ayında hər iki gözün birgə hərəkətinin formalaşmasıyla inkşaf edir.

- Həmçinin yenidoğulmuşun rəng görməsi böyüklərdəki səviyyədə deyil. Güman edilir  ki, uşaqlarda beş ayından etibarən normal rəng görmə formalaşır.

-Əksəriyyət uşaqlar səkkiz ayından etibarən iməkləməyə başlıyır, bu isə göz-əl-ayaq-bədən koordinasiyasının inkşaf etməsinə gətirib çıxarır.

Körpənin 5-8-ci  aylarında valideynlər aşağıdakıları etməlidir:

-Uşağın beşiyindən hərəkətli oyuncaq asın ki, uşaq onu tutsun, çəksin və ya təpikləsin.

-Uşağa döşəmədə (yerdə) oynaması və ətrafı kəşf etməsı üçün zaman ayırın.

-Uşaqlarınızla oyun oynayın , oyun zamanı onların əllərini hərəkət etdirin, uşaqla səsli danışın.

-Uşaqların gözündə heç bir problem olmasa belə, 6 ayında göz müayinəsi elətdirin.

9-12-ci  aylar

-Təqribən 9 ayından uşaqlar ayaqüstü duruşa keçir. 10 ayında uşaq əşyaları baş və şəhadət barmağı ilə tutmalıdır.

-12 ayında əksər uşaqlar iməkləyir və və yeriməyə cəhd edir. Valideynlər uşaqlarını daha çox iməkləməyinə kömək etməlidir. Çünki bu daha çox göz-əl koordinasiyasını inkşaf elətdirir.

-Uşaqlar artıq məsafəni doğru dəğərləndirir, cisimləri dəqiqliklə ata bilirlər.

Körpənin 9-12-ci aylarında valideynlər aşağıdakıları etməlidir:

-Uşaqlarla oyuncaqları göstərərək və ya simanızla gizlənpaç oynayın ki, görmə yaddaşı formalaşsın.

-Uşaqların söz yaddaşını artırmaq üçün cisimlərin adlarını söyləyin.

-Uşaqların iməkləməsinə şərait yaradın.

Körpənin 1-2 yaşında valideynlər aşağıdakıları etməlidir:

-Topu önə və arxaya ataraq oynayın ki, uşaq cisimləri gözləri ilə izləsin.

-Uşaqlara quraşdırıcı oyun oynamasına kömək edin ki, incə hərəki funksiyalar və kiçik əzələlər inkşaf etsin.

-Uşaqlara düşünmə qabiliyyətini artırmaq üçün hekayələr oxuyun və ya danışın.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR