XƏBƏR

Bel ağrılarında qadağan olunan 7 İDMAN HƏRƏKƏTİ

date 13 Aprel 2020

Bel ağrılarında qadağan olunan 7 İDMAN HƏRƏKƏTİ

Gözəl bədən quruluşuna sahib olmaq hər birimizin arzusudur. Bunun üçün bir çoxlarımız idmanla məşğul olmağa çalışır. Eyni zamanda, aramızda  bel ağrısından əziyyət çəkən insanlar da çoxdur və bəzi idman hərəkətləri bu ağrıların artmasına səbəb ola bilər.

 

e-tibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının həkim-fizioterapevti Səidə Kərimova bildirib.

 

Mütəxəssis, bel ağrısı və bel fəqərəarası yırtığı zamanı məsləhət edilməyən idman hərəkətlərini açıqlayıb:

 

1. “Squat”lar
Bu hərəkət idman proqramlarında populyardır. Hərəkət zamanı bel nahiyəsinə yüklənmə artır və bu bel ağrısının daha şiddətlənməsinə yol aça bilir.

2. Qabağa əyilmə

Bu hərəkət zamanı bel nahiyəsi qabarır və fəqərəarası disklərə düşən yükü artırır.

3. Uzanan yerdə “press”
Bu populyar idman hərəkəti zamanı bel fəqərələrinə və fəqərəarası disklərə həddən artıq stres düşür.

4. Ayaqlar üçün press
Bu idmanda bel nahiyyəsinin strukturları çox yüklənir.

5.  Ştanq qaldırma
Bu hərəkət problemli bel üçün zərərlidir.


6. Velisoped sürmək

Velosiped sürəndə zədələnmiş bel nahiyəsinə ağırlıq düşür.

 

7. Qaçmaq
Qaçanda fəqərəarası diskər çox yüklənir. Disklərdə əvvəldən zədələnmə varsa, qaçış onu daha da artıra bilər.

 

Həkim qeyd edib ki, bel ağrılarını azaltmaq üçün yalnız mütəxəssisin tövsiyə etdiyi hərəkətlıri gündəlik idman proqramına əlavə etmək lazımdır. Həmçinin, vücüd əzələlərin tonusda saxlamaq ücün üzgüçülük də məsləhət görülür: ““Fit görünüşü” düşünəndə yadınızdan çıxartmayın ki, hər şeydən öncə sağlamlıqdır. Bədən əzələlərini sağlam saxlamaq üçün xüsusi avadanlığa gərək yoxdur. Bədənin balansını, stabilliyi, mobilliyi sadə idman hərəkətlərinin köməyi ilə saxlamaq mümkündür.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR