XƏBƏR

Tarif Şurası dərmanların satış qiymətini təsdiqləyib

date 12 Yanvar 2019

Tarif Şurası dərmanların satış qiymətini təsdiqləyib

Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib.

e-tibb.az saytı xəbər verir ki, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayevin yanvarın 11-də imzaladığı qərarla dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edili(əlavə olunur).

Qərarda qeyd olunur ki, təsdiq edilmiş əlavə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

Qərar imzalandığı gündən qüvvəyə minir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR