XƏBƏR

Bazar gününün havası

date 12 Yanvar 2019

Bazar gününün havası

Bakı və Abşeron yarımadasında yanvarın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən e-tibb.az saytına verilən məlumata görə, havanın temperaturu gecə 0-2, gündüz  8-11 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-75 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb  küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR