XƏBƏR

Sağlam qidalanma qaydaları: Gündəlik duz, şəkər, meyvə...

date 29 May 2019

Sağlam qidalanma qaydaları: Gündəlik duz, şəkər, meyvə...

29 May ümumdünya sağlam qidalanma günüdür.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) bununla bağlı sağlam qidalanmanın ürək-damar xəstəliklərinin profilaktikasının əsası olduğunu açıqlayıb.

Sağlam qidalanmanın xüsusiyyətləri:

Doymuş yağ turşuları (heyvan mənşəli piy, kərə yağı və pendirlərin tərkibində olur) gündəlik kalorinin 10%-dən az hissəsini təşkil etməli və polidoymamış yağ turşuları (günəbaxan yağı, qarğıdalı yağı, saflor və qoz yağı və sairə ) ilə əvəz olunmalıdır

Transdoymamış yağ turşularından (duru bitki yağlarının hidrogenləşməsi nəticəsində bərk bitki yağları (marqarin, yeyinti piyləri) halına keçməsi ilə alınır) istifadə məhdudlaşdırmalı və qidanın hazırlanmasında onlara üstünlük verilməməlidir. Transdoymamış yağ turşuları qənnadı məmulatların (tortlar, pirojnalar, peçenyelər, krekerlər və s.), eləcə də dondurulmuş yarımfabrikatların hazırlanmasında istifadə olunur.

Gün ərzində istifadə edilən duz: 5 qramdan az

Uşaqlar və böyüklər üçün şəkərin istifadəsi gündəlik sərf olunan enerjinin 10%-dən azını təşkil etməlidir. İdeal miqdar 5%-dir.

Gün ərzində dənli bitkilərdən, meyvə və tərəvəzdən alınan liflər: 30-45 qram

Gün ərzində istifadə edilən meyvə: 200 qram (2-3 porsiya)

Gün ərzində istifadə edilən tərəvəz: 200 qram (2-3 porsiya)

Həftədə ən azı 2 dəfə balıq istifadə edilməli, bunlardan biri yağlı balıq olmalıdır.

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR