XƏBƏR

Bir yaşlı uşağın nəfəs borusundan fındıq çıxarılıb

date 29 May 2019

Bir yaşlı uşağın nəfəs borusundan fındıq çıxarılıb

Bir yaşında uşağın nəfəs borusundan fındıq çıxarılıb.

Bu barədə Mərkəzi Klinikanın həkimi, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov məlumat paylaşıb. Məlumata görə, yediyi fındıq parçaları 1 yaşında uşağın nəfəs borusunda 14 gün qalıb. Uşaqda boğulma, təngnəfəslik, xırıltılı öskürək, yüksək temperatur yaranıb.  Ailəsi özəl klinikalardan birinə müraciət edib, uşaq sətəlcəm (aspirasyon pnevmoniya) diaqnozu ilə müalicə edilib. Uşağın şikayətləri keçmədiyindən Mərkəzi Klinikaya köçürülüb.

Həkim bildirib ki, hadisənin üzərindən 2 həftə keçdiyi üçün artıq əməliyyat həm uşaq, həm cərrah, həm də anestezioloq üçün riskli sayılıb: “Əməliyyat zamanı ciddi çətinliklər yaşasaq da, nəticə uğurlu oldu. Nəfəs borusu divarına yapışıq halda olan fındıq parçaları çıxarıldı və 1 gün sonra evlərinə yola saldıq”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR