XƏBƏR

Uşaqlarda öd daşı nədən yaranır?

date 30 May 2019

Uşaqlarda öd daşı nədən yaranır?

Böyüklər kimi uşaqlarda da öd daşı xəstəliyinə rast gəlinir.

Uşaq cərrahı və uroloqu, uzman həkim Aqil Abilovun açıqladığı məlumata görə, uşaqlarda öddə daşa daha çox qan xəstəliyi, hematonik anemiya ilə bağlı rast gəlinir.

Onun sözlərinə görə, mübadilə pozğunluğu, hər hansı qidanın uyğunsuzluğu, daha çox verilməsi də uşaqlarda öd daşı yaranmasına səbəb ola bilər.

Uşaqlarda öddə daş ağrı, ağızdan kəskin qoxunun gəlməsi, həzm pozğunluğu, qarında sancılar, qəbzlik kimi əlamətlərlə özünü göstərir. Öd daşının ərimə, dərmanla müalicə şansı yoxdur. Kiçik ölçülü daşlar daha təhlükəlidir, çünki asanlıqla öd yoluna düşüb ağır fəsadlar, o cümlədən qaraciyər çatışmazlığına gətirib çıxara bilər.

Əgər uşaqda öd daşı aşkarlanıbsa, o nəzarət altına alınmalı və öd kisəsi çıxarılmalıdır.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR