XƏBƏR

Qulaqda cingilti nəyin əlamətidir?

date 23 Oktyabr 2019

Qulaqda cingilti nəyin əlamətidir?

Qulaqda küy, cingilti çoxlarını narahat edən problemdir. Bunun səbəbi isə bəzən çoxsaylı müayinələrdən sonra belə, aydın olmur.

Qulaq, burun, boğaz, baş və beyin cərrahı, uzman həkim Elnur Əkbərov bildirib ki, qulaqda cingilti eşitmə sinirinin keçiriciliyinin pozulması ilə əlaqədar ola bilir. Bu, adətən xroniki koxlear nevrit xəstəliyində müşahidə olunur.

Onun sözlərinə görə, xəstəliyin diaqnozunun qoyulması üçün audiometriya testindən keçmək mütləqdir. Audiometriya testi xroniki koxlear nevriti təsdiqlədiyi halda pasiyentə simptomatik müalicə təyin edilə bilər.

Audiometriya testi normal çıxarsa, eşitmə pozulmayıbsa, deməli, bu halda problem nevrolojidir. Yəni bu, mərkəzi sinir sistemi və ya başqa problemdən qaynaqlana bilər. Buraya metabolik xəstəliklər, damar xəstəlikləri, psixi xəstəliklər daxildir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR