MÜSAHIBƏ

Cərrah: “Gənclərdə öd daşının yaranması halları çoxalıb” - VİDEO

date 22 Oktyabr 2019

Cərrah: “Gənclərdə öd daşının yaranması halları çoxalıb” - VİDEO

“Öddə daş yaranmasının əsas səbəblərindən biri hərəkətsizlikdir”. 

e-tibb.az-ın xəbərinə görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.

Onun sözlərinə görə, gənclər arasında öd daşlarına rast gəlmə halları artıb.

Cərrah bildirib ki, öd kisəsi əməliyyatlarından yaranan fəsadların da sayı artıb: “Düzgün icra edilsə, öd daşı əməliyyatından sonra xəstə narahatlıq hiss etmir. Amma öd daşı əməliyyatı yanlış icra olunsa, hətta qaraciyər transplantasiyasına da ehtiyac yaranır”.

M. Kazımi öd daşlarının heç də hamısının əməliyyat tələb etmədiyini bildirib. Onu da qeyd edib ki, ödündə daş olanların bir qismində mədə xorası, eroziya yaranır”.

Cərrah, həmçinin öd yollarının xəstəlikləri, polipləri, bədxassəli şişləri, onlara yanaşmalar barədə də danışıb.

   

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR