XƏBƏR

Qışda hamilə olanlar nələrə əməl etməlidir?

date 2 Noyabr 2019

Qışda hamilə olanlar nələrə əməl etməlidir?

Qışda olan hamiləliklər digər fəsillərlə müqayisədə daha çox qorunma tələb edir. Cərrah mama-ginekoloq, ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşı Nigar Axundova qış dövründə hamiləlik keçirən qadınlara qrip əleyhinə peyvənd olunmağı tövsiyə edib.

Qışda viruslardan qorunmaq üçün oktyabr-noyabrda peyvənd olunmaq lazımdır. Onun sözlərinə görə, aparılan araşdırmalara əsasən, qrip peyvəndinin dölə ziyanının olmadığı məlum olub. Hamiləlikdə immunitet aşağı olan dövr olduğuna görə, peyvənd etmək faydalı sayılır.

Həkim bildirib ki, immun sistemini gücləndirmək, yoluxucu xəstəliklərdən qorunmaq üçün tez-tez C vitamin ilə çox zəngin olan meyvələr-naringi, kivi, limon, avakado yemək lazımdır. Qış aylarında kalsiuma, D vitamininə ehtiyac daha çox olur, kalsium ehtiyacı ikiqat artır. Ona görə də D vitamini və kalsiumla daha zəngin olan balıq yemək tövsiyə edilir. Qışda gün ərzində 2 litr maye qəbul etmək vacibdir. Süd, təzə sıxılmış meyvə suyu da faydalıdır.

Bundan başqa, mütəxəssis, təmiz havada idman etməyi də tövsiyə edib. Bildirib ki, evdə oturmaq artıq çəkiyə, depressiyaya, qan dövranı problemlərinə yol aça bilər. Bunlardan uzaq olmaq üçün hər gün 1 saat təmiz havada piyada gəzmək məsləhətdir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR