XƏBƏR

Gilas saplağı çayının FAYDALARI

date 2 Noyabr 2019

Gilas saplağı çayının FAYDALARI

Sağlam qidalanma, müalicə məqsədilə istifadə olunan bitki çaylarından biri də gilas saplağı çayıdır. Gilasın özü də kimi saplaqlarının da çox faydalı olduğu çoxdan məlumdur. Bu çay bədəndən mayenin çıxması, qanın durulmasına kömək edir. Daha çox acqarına içilməsi tövsiyə edilən çay xolesterinin mənfi təsirinə qarşı müdafiəçi kimi çıxış edir. Xolesterinin aşağı salınması və nizamlanmasında mühüm rol oynayır.

Eyni zamanda orqanizmdən toksinlərin çıxması üçün yaxşı vasitə sayılır. Qaynayan 1 litr suya 1 ovuc gilas saplağı atıb ağzı bağlı qabda 7 dəqiqə qaynadılır. Qaynayan kimi süzüb, şüşə qaba töküb, soyuducuda saxlayaraq yeməkdən yarım saat qabaq və ya iki saat sonra gündə bir stəkan içilir.

1 həftə içəndən sonra 3 gün ara verib, növbəti həftə təkrarlamaq olar.

Amma gilas saplağı çayı qanı durultduğuna görə davamlı olaraq içmək olmaz.

Bu çayın uşaqlara verilməsi, hamilələrin, süd verən analarin istifadə etməsi məsləhət deyil.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR