XƏBƏR

Mütəxəssis: "Uşaqlarda antibiotik müalicəsindən sonra mütləq eşitmə yoxlanmalıdır"- VİDEO

date 1 Noyabr 2019

Mütəxəssis: "Uşaqlarda antibiotik müalicəsindən sonra mütləq eşitmə yoxlanmalıdır"- VİDEO

“Uşaq doğulan kimi eşitməsi yoxlanmalıdır”.

e-tibb.az-ın xəbərinə görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında Qulaq, burun boğaz, baş və boyun cərrahı, uzman həkim Yusif Hacıyev deyib: “Vaxtında qoyulan diaqnoz və edilən əməliyyat eşitmə qüsurlu uşaqları xilas edir”.

Həkim vurğulayıb ki, anadangəlmə eşitmə qüsurunu əsasən 4 yaşa qədər aradan qaldırmaq mümkündür. Mütəxəssis qeyd edib ki, eşitmə qüsuru çox ağır olanda uşaqlara koxlear implant taxılır.

Y. Hacıyev onu da vurğulayıb ki, uşaqlara bir sıra zəruri hallarda antibiotik müalicəsi aparılarsa, müalicə bitəndən sonra mütləq eşitmə yoxlanmalıdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR