BLOQ

Qaşıntının səbəbləri: Dəri quruluğundan tutmuş ən ağır xəstəliklərə qədər...

date 11 May 2020

Qaşıntının səbəbləri: Dəri quruluğundan tutmuş ən ağır xəstəliklərə qədər...

Dərinin orqanzimlə ünsiyyət qurduğu öz dili var və orqanizmə nəsə demək istədiyində ona bir şeylər hiss etdirər, qaşıntı da bunlardan ən vacibidir. Qaşıntı-qaşınma istəyinə səbəb olan rahatsızedici hissdir. Dəri xəstəliklərinin ən çox görülən simptomudur. Bəzən də qaşıntı heç bir dəri şikayəti olmayanda da ortaya çıxa bilər və bu problem daxili orqan xəstəlikləri ilə əlaqədardır. 

Qaşıntı şikayəti hər xəstədə fərqli xarakterdə ozünü büruzə verir. Yarandığı nahiyədən, qaşınma sonrası dəridə ortaya çıxan səpgi və ya rəng dəyişikliyindən, hətta günün hansı saatında yarandığından asılı olaraq bizə həmin qaşıntının səbəbiylə əlaqədar ipuclari verir.

Çox zaman qaşıntı hissi vücudumuzun bəlli bir bölgəsində yaranır və bunun səbəbi hər hansı bir dəri xəstəlikləri ola bilər. Sizin ən çox eşitdiyiniz eqzema, dəmirov, göbələk infeksiyası, övrə, qoturluq, həşərat dişləməsi, nörodermit və s. xəstəlikləridir, amma əslində 3000-ə yaxın dəri xəstəliyi mövcuddur və əksəryətində də qaşınma rastlanır.

Digər tərəfdən, əgər qaşıntı hissi bütün bədənimizə yayılıbsa, buna səbəb daxildən gələn problemlərdir. Hər kəsin başına gələ bilən və əksəriyyət hallarda da ciddiyə alınmayan bu şikayət gizli gedən müxtəlif xəstəliklərin ilk simptomudur. Belə ki, qaşıntı hissini yaradan daxili orqan xəstəliklərinə aşağıdakilar aiddir:

Xroniki böyrək və qaraciyər xəstəlikləri

Diabet, hiper və ya hipotireoidizm, padaqra kimi endokrinoloji və metabolik xəstəliklər

Dəmir çatışmazlığı və ya polisitemia vera kimi hematoloji xəstəliklər

İnfestasyonlar (qurd infeksiyası)

Onkoloji xəstəliklər.

Bunların xaricində hamiləlik, menopauza sonrası və nevroloji və ya psixiatrik xəstəliklərində də şiddətli qaşınma hissi yarana bilər.

Qaşınma öncə yüngül və şirin hisslə başlayır, zaman içərisində həmin qaşınan bölgə qalınlaşır və qalınlaşdıqca xəstə həmin nahiyəni daha da şiddətli qaşımağa başlayır. Təkrarlanan qaşınma dərinin qanamasına və infenksiyalaşmasına gətirib çıxarır.  Bəzən bu durum ləkə və çapıq əmələ gətirə bilər.

Əksər hallarda qaşıntının səbəbi dəri quruluğu olur. Əgər xəstə paltarını soyunanda kəpək kimi pulcuqların havada uçduğunu gorürsə, bu, artıq  yüksək dərəcəli bir dəri quruluğudur. Gecə saatlarında qaşıntı gündüzdən nisbətən daha siddətli olur, bu, gecə saatlarında bədənin hərarətinin 1 dərəcə daha da çox oldmasından qynaqlanır. Bu da xəstələrdə yuxusuzluq və depressiya kimi psixoloji problemlərə gətirib cixara bilər.

Bədənin ən böyük orqanı olan dəridə inadla keçməyən qaşıntı varsa, mütləq dəri həkiminə gedib gizli səbəblər araşdırılmalıdır. Bu, bəsit həşərat dişləməsi və ya yaşla artan dəri quruluğundan, hətta gizli gedən ciddi onkoloji xəstəliklərə gədər müxtəlif səbəbdən ola bilər. Öz diliylə bizimlə ünsiyyətə girməyə çalışan dərimizin bizə verdiyi bu mesajı göz ardına almamalıyıq.

Lalə Cahangirova- Dermatoloq, uzman həkim

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR