XƏBƏR

Oruc tutmaq hansı şəkər xəstələri üçün risklidir?

date 10 May 2020

Oruc tutmaq hansı şəkər xəstələri üçün risklidir?

Şəkərli diabet ən geniş yayılan xəstəliklərdən biridir. Azərbaycanda da diabet xəstələri çoxdur. Bu xəstələrin müalicəsi həyat tərzi, ən başlıcası qidalanma ilə sıx bağlıdır. Müalicə elə qidalanmadan başlayır. Hazırda Ramazan ayında oruc tutanlar arasında şəkərli diabet xəstələri də var. Şəkər xəstələri oruc tuta bilərmi? Bu, hansısa fəsadlara səbəb olarmı?

Həkim-endorkrinoloq Naidə Novruzova e-tibb.az-a deyib ki, şəkərli diabet xəstələrindən aşağıdakı qrup xəstələr oruc tutduğu müddətdə vəziyyətlərinin pisləşməsi baxımından daha çox risk daşıyır:
Ramazana qədərki 3 ay ərzində ağır hipoqlikemiya keçirən xəstələr;
tez-tez hipoqlikemik vəziyyətə düşən xəstələr;
heç bir əlamət olmadan huşun itməsilə gözlənilməz hipoqlikemiya keçirən xəstələr;
uzunmüddətli dövr ərzində diabetə nəzarəti pis olan xəstələr;
Ramazandan öncəki 3 ay ərzində ketoasidoz qeyd olunan xəstələr;
Şəkərli diabet tip 1 xəstələri;
Diabetlə yanaşı digər kəskin xəstəliyi olanlar;
Ağır fiziki işlə məşğul olan xəstələr;
Hamilələr;
Böyrək çatmazlığı ilə əlaqəli xroniki hemodializdə olan diabet xəstələri.

Həkimin sözlərinə görə, hazır qarışıq insulinlərdən (Mikstard və Novomiksdə) istifadə edən şəkərli tip 1və tip 2 xəstələri üçün oruc tutmaq təhlükəsiz deyil: “Əgər siz oruc tuta bilmirsinizsə, orucu növbəti Ramazanadək hansısa vaxta təxirə sala bilərsiniz”.



KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR