XƏBƏR

Qanvermənin hansı faydaları var?

date 28 Aprel 2020

Qanvermənin hansı faydaları var?

Qan vermənin, donor olmağın hansı müsbət tərəfləri var?

e-tibb.az bununla bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin açıqladığı məlumatı təqdim edir:

Məlumatda bildirilir ki, donor olan insanların qanlarında şəkərin və zərərli lipoproteinlərin miqdarı azalır, xolesterinin səviyyəsi normaya düşür.

Mütəmadi qan verən donorlarda infarkt ehtimalı 90% azalır.
Qan verdikdən sonra qanyaradıcı orqanlar yeni qan hüceyrələri yaratmağa başlayır, bu isə daha sağlam və güclü olmağımızla nəticələnir.
Qan verən insan mənəvi və psixoloji olaraq rahatlayır, qanvermədən sonra stres, baş ağrısı kimi narahatlıqlar yoxa çıxır, arterial təzyiq stabilləşir.
Bunlardan başqa, o da qeyd olunub ki, qan verən donorlar hər qan verdiklərində hemoqlobin dəyəri, qan qrupu müəyyən olunur, HİV, Hepatit B, Hepatit C, sifilis kimi infeksiyalara görə ödənişsiz laborator müayinə olunurlar.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR