XƏBƏR

COVID-19-a yoluxan uşaqların müayinə və müalicəsi ilə bağlı onlayn təlim keçirilib

date 28 Aprel 2020

COVID-19-a yoluxan uşaqların müayinə və müalicəsi ilə bağlı onlayn təlim keçirilib

“Pediatrik COVID-19: İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə” mövzusunda onlayn təlim keçirilib.

e-tibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim SN-in İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in və Uptodate İn Medicine-nin təşkilatçılığı və texniki dəstəyi ilə 28 aprel tarixində baş tutub. Terapevt, təcili tibbi yardım həkimi, ailə həkimi və pediatrlar üçün keçirilən təlimin əsas məqsədi COVID-19 xəstəliyinə tutulan uşaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsinin və xəstəyə nəzarətin keyfiyyətini artırmaq, müalicə və müayinənin yeni metod və strategiyalarını izah etmək, mütəxəsislərin əldə etdikləri təcrübələri bölüşmək olub.

Professorlar – Murat Duman və Dinçer Yıldızdaşın moderatorluğu ilə baş tutan təlim COVID-19. Epidemiologiya, immunologiya, patogenez, tibb müəssisələrinin COVID-19-a hazırlıq məsələləri, pediatrik xəstələrdə mexaniki ventilyasiya və oksigenasiyanın əsasları, ağır və çox ağır pediatrik COVİD-19-un menecmenti: Türkiyə və ABŞ təcrübəsi, pediatrik pasiyentlərdə COVID-19-un dərman terapiyası, hamiləlik və doğuşun menecmenti, həmçinin pediatriya sahəsinə aid digər mövzuları əhatə edib.

Təlimin sonunda iştrakçılara onlayn sertifikatlar təqdim olunub.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR