XƏBƏR

İnsult, tromb riskini azaldan gündəlik sadə qaydalar

date 28 Aprel 2020

İnsult, tromb riskini azaldan gündəlik sadə qaydalar

Süd və süd məhsullarının çoxsaylı faydaları barədə mütəmadi olaraq yazılır, deyilir. İndi isə alimlər onların daha bir faydasını açıqlayıblar.

e-tibb.az xəbər verir ki, Oksford Universitetinin alimlərinin bununla bağlı apardıqlıarı araşdırmaların nəticələri "European Heart Journal"da dərc olunub. Məlumata görə, 9 Avropa ölkəsində 418 min nəfər izlənilib. Həmin şəxslərin qidalanması, həyat tərzi, eləcə də səhhətləri ilə bağlı anket məlumatları araşdırılıb. 12 il boyunca davam edən izləmədən sonra belə qənaətə gəlinib ki, kalsiumla zəngin olan bu qidalar nizamlı şəkildə istifadə edildiyi halda beyinə ciddi şəkildə müsbət təsir edir. Hətta süd və süd məhsulları insult riskini önəmli şəkildə azaldır.

Beyin damarlarında tromb adlandırılan işemik insult gündə bir stəkandan artıq süd içənlərdə 5 faiz, gündə kiçik bir kasa qatıq yeyənlərdə 9 faiz, gündə 200 qram meyvə və tərəvəz qəbul edənlərdə idə 13 faiz azalır. Hətta qəbul edilən hər artıq 10 qram süd və süd məhsulu bu riski 23 faizə qədər azalda bilir.

Bundan başqa, bir çox araşdırmalarda gündə bir yumurta yeməyin insult riskini azaltdığı bildirilir. Oksford alimləri isə hesab edir ki,  gündə yeyilən hər 20 qram artıq yumurta beyin damarlarının yırtılması, hemorragik insult riskini 25 faiz artıra bilir. Yəni yumurta qədərindən çox yeyilsə bu, faydalı deyil, zərərli ola bilər.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR