XƏBƏR

Oruc bitən kimi bunları etmək olmaz: Bayramda necə qidalanmaq lazımdır? -XƏBƏRDARLIQ

date 23 May 2020

Oruc bitən kimi bunları etmək olmaz: Bayramda necə qidalanmaq lazımdır? -XƏBƏRDARLIQ

Ramazan ayı boyunca tutulan oruc nəticəsində əldə olunan sağlamlığın bayramda yanlış qidalanma nəticəsində itirilməsi mümkündür. Bunun olmaması üçün normal, nizamlı qidalanmaq tövsiyə olunur. E-tibb.az xəbər verir ki, Türkiyədən olan alim, qida texnologiyası üzrə mütəxəssis Sibel Bölek düzgün qidalanmanın hər zaman vacib olduğunu vurğulayaraq uzun zaman oruc tutandan sonra da mühüm əhəmiyyət kəsb etdiyini açıqlayıb. Onun sözlərinə görə, oruc bitən kimi, ələlxüsus da bayram süfrəsində çox qidalanma, ağır yeməklər, çox şirniyyat qəbul etmə, Ramazan ayı boyunca əldə olunan sağlamlığın cəmi bir neçə gündə itirilməsinə səbəb olur. Bu, həzmsizlik və mədə problemlərindən başlayaraq, qanda şəkərin yüksəlməsi, təzyiqdə nizamsızlığa qədər gətirib çıxarır. Belə problemlərin yaranmaması üçün bayramda qidalanmaya çox diqqət etmək lazımdır.

Mütəxəssis deyib ki, oruc tutulan zaman, Ramazan ayı boyunca iftarla sahur arasında yetərincə maye qəbul etməyənlərdə orqanizmdə yaranan maye itkisini normal hala qaytarmq üçün gündə ən azı 2-2,5 litr su içilməlidir, maye miqdarını artırmaq üçün hər yeməkdə ayran, mineral sular qəbul olunmalıdır. Onun sözlərinə görə, bayrama çox yüngül bir qəhvəaltı ilə başlamaq daha yaxşı olar. Məsələn, səhər yeməyində mürəbbə, bəhməz kimi şəkərlə zəngin qidalara yer olmamalıdır. Əvəzində, pomidor, xiyar, cəfəri, bibər kimi çiy tərəvəzlərə, zeytun yağı, az yağlı pendir, yumurtaya üstünlük verilməlidir. Həmçinin kolbasa, sosiska kimi yağlı, işlənmiş ət məhsullarından, xəmir yeməklərdən uzaq durmaq lazımdır. Çörəklərdən tam taxıldan hazırlanan çörəklər istifadə olunmalıdır. Bayramda  çay və kofe qəbulu çox miqdarda olarsa, bu, ürəkdə döyünmə, ritm pozğunluğu, mədə problemlərinə səbəb ola bilər. Şirniyyatlara gəlincə, mütəxəssis bildirib ki, bu dövrdə şərbətli deyil, südlü şirniyyatlar qəbul olunmalıdır.

Bundan başqa, axşam yeməyində qızartma, xəmir yeməklərindən qaçmaq, sobada, buxarda bişən, soyutma qidalara üstünlük verilməsi tövsiyə edilib. Qeyd olunub ki, Ramazanda uzun müddətli ac qalma səbəbindən metabolizm prosesinin sürətinin azalması ilə bağlı olaraq bayramda daha tez artıq çəki yarana bilir. O, “bayramda cəmi 2-3 gündə artıq çəki yaranmaz” deyimlərinin də yanlış olduğunu vurğulayaraq çeşidli yeməklərin, şəkərli qidaların, yemək porsiyalarının artması nəticəsində bu dövrdə çəkinin tez bir zamanda artacağını vurğulayıb. Mütəxəssis, həmçinin Ramazan ayı boyunca azaldılan fiziki aktivliyin bundan sonra gücləndirilməsinin, idmanın çox önəmli olduğunu bildirib.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR