XƏBƏR

Dəniz, çimərlik, hovuz, kondisioner: Viruslara görə hansı daha təhlükəlidir?

date 24 May 2020

Dəniz, çimərlik, hovuz, kondisioner: Viruslara görə hansı daha təhlükəlidir?

Pandemiyanın hələ davam edəcəyi, qarşıdakı aylarda da virusun geniş yayılması ehtimalı, növbəti dalğaların olacağı haqda xəbərdarlıqlar edilir. Koronavirus pandemiyasının ilk dövründə bir çoxları havalar isinəndən sonra virusların yayılmayacağı, məhv olacağını iddia etsələr də, dünyanın aparıcı səhiyyə, tibb qurumları və mütəxəssisləri hava şəraitinin burada o qədər də önəmli olmadığını bəyan ediblər. Ona görə də virusdan qorunmaq üçün görülən gigiyenik, təhlükəsizlik tədbirləri qarşıdakı aylarda da keçərlidir. Belə olan halda yay aylarında insanların daha çox üz tutduğu çiməriklər, hovuzlar və digər məkanlarda viruslardan qorunmaq üçün nə etmək lazımdır? Parklar, çimərliklər, dəniz, hovuzlar, idman meydanları nə qədər risklidir?

e-tibb.az xəbər verir ki, Türkiyədən olan daxili xəstəliklər uzmanı Metin Okucu bu haqda yerli mediaya açıqlamasında deyib ki, harada oluruqsa olaq virusdan qorunmaq üçün qoruyucu tədbirləri arxa plana keçirmək olmaz. Buraya əl gigiyenası, maska istifadəsi, insanlar arasında ara məsafənin saxlanması aiddir. Mütəxəssis bildirib ki, bu məkanlarda virus daşıyıcı olan bir nəfərin olması və ətrafdakıların da qoruyucu tədbirlərə əməl etməməsi onların da asanlıqla yoluxmasına şərait yaradır. Bir nəfərlə iki metrdən daha yaxın məsafədə, 5 dəqiqədən artıq təmasda olmaq virusa yoluxmaq üçün yetərli sayılır. Ələlxüsus da virusa yoluxan şəxs ucadan danışırsa və ya məsələn, mahnı oxuyursa, öskürürsə, asqırırsa bütün bunlar risk faktorudur. Bunlar olmasa belə virusa yoluxan şəxslə yaxın məsafədə nəfəs almaq belə risklidir. Təbii ki, burada virusa yoluxan şəxslə təmasda olanın immun sisteminin nə qədər güclü olması önəmlidir. İmmuniteti zəif olan şəxsin qısa zamanda virusa yoluxması mümkündür.

Mütəxəssis deyib ki, açıq havada virusa yoluxma riski çox yükısk deyil. Yəni parkda gəzmək, açıq havada qaçmaq, velosiped sürmək təhlükəli sayılmır: “Tutaq ki, veliosiped sürür və ya qaçırıqsa ətrafda olan, bizdən öndə gedən viruslu şəxsdən bizə virus yoluxması o qədər də inandırıcı görünmür. Və hər kəs maska taıxıbsa, ümumiyyətlə, təlaşlanmağa gərək yoxdur”. Həkim deyib ki, çimərliklər barədə də eyni cür düşünmək lazımdır. Dənizdə olarkən, Günəş qəbul edərəkən ətrafdakılarla 3-5 metr ara məsafəni gözləmək lazımdır. Virusun küləklə, dənizlə yoluxmasına dair isə hələlik hər hansı fakt yoxdur. Məsafə gözlənilərsə, çimərliklər də təhlükəsiz olar. Eləcə də virusun sudan ağıza və ya udma yolu ilə yoluxmasına dair hər hansı məlumat yoxdur. Hovuz normal şəkildə xlorlanıbsa və digər gigiyenik tədbirlər görülərsə, hovuzlar da təhlükəsiz olar.

Bəs yayda, isti havalarda vaz keçilməsi mümkün olmayan kondisionerlər necə virus yaya bilərmi? Mütəxəssis deyib ki, kondisionerlərdən virus yoluxması, virusun bu cihazın içində qalıb yaşaması və oradan insanlara yoluxa bilməsi haqda hər hansı fikir, məlumat yoxdur. Amma buna baxmayaraq, nəzərə almaq lazımdır ki, kondisionerlər qapalı məkanlarda olan havanı dövr etdirir və məhz bu səbəbdən həmin hava virusa yoluxmaq baxımından rsikli ola bilər. Güclü hava axını yönündə durmaq, oturmaq virusa yolxmaq baxmından riskli görünür. Ona görə də bunlara diqqət etmək lazımdır.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR