BLOQ

İnsult riski: 1 dəqiqədə 2 milyon beyin hüceyrəsi məhv olur...

date 1 Sentyabr 2020

İnsult riski: 1 dəqiqədə 2 milyon beyin hüceyrəsi məhv olur...

Əvvəli

Mən sağala bilərəmmi?

Əvvəllər təəssüf ki, insult keçirmiş şəxslər birdən-birə cəmiyyətin çox baxım tələb edən, digər insanlardan fiziki asılı, əlil təbəqəsinə çevrilirdi.
Dünya praktikasında işemik insult, yəni damar tıxanıqlığı olan insanlara 4 saat yarım ərzində insult mərkəzlərinə çatdırılarsa, vena daxilinə təcili qandurulducu vurulur və pasienti əvvəlki vəziyyətə qaytarmaq mümkün olur.
Bu, çox kiçik zaman müddətidir. Araşdırmalar göstərir ki, insult nəticəsində 1 dəqiqədə 2 milyon beyin hüceyrəsi sıradan çıxır, məhv olur. Ona görə insult əlamətləri başlanan kimi zamanla yarış başlayır.

Bu müddəti çox səmərəli istifadə etmək və bütün ətrafda çalışan insanların, xəstə yaxınlarından tutmuş, təcili yardım, xəstəxana daxili tibbi personal, həkim- nevroloq, radioloq, damar cərrahları, bərpa rehabilitasiya personalının birgə əməyi ilə həm insult səbəbindən yaranan əlilliyin, həm də ölüm hallarının sayını azaltmaq, insanları yenidən həyati fəaliyyətə döndərmək mümkündür.

Ardı var...

Aybəniz Murtuzova- Nevroloq, Kopenhagen Herlev Universiteti Hospital Mərkəzinin baş konsultantı

e-tibb.az üçün

 https://e-tibb.az/xeber/qefil-anladigimiz-tehluke-insult-nedir-2448

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR