XƏBƏR

Mərkəzi Gömrük Hospitalı koronavirus testindən keçmək xidməti göstərir

date 17 Sentyabr 2020

Mərkəzi Gömrük Hospitalı koronavirus testindən keçmək xidməti göstərir

Mərkəzi Gömrük Hospitalının PZR laboratoriyası vətəndaşlara koronavirus (COVID-19) testindən keçmək xidməti göstərir. Bu barədə hospitalın yaydığı məlumatda bildirilir. PCR testinin verilməsi üçün əvvəlcədən Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08) nömrəsinə zəng vuraraq qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmiş vətəndaşlar Hospitalın qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi təqdim etməklə PCR testindən hər gün saat 12.00-a qədər keçə bilərlər.

Burundan və ağız boşluğundan yaxma götürülməklə test verənin COVİD-19 infeksiyası daşıyıb-daşımadığını göstərir. PCR testinin cavabı həmin gün saat 19.00-a qədər verilir.

PCR testi verən şəxs yaxma götürülməzdən əvvəl ən azı 3-4 saat ərzində çay, su və digər mayelər qəbul etməməli, yemək yeməməlidir. Belə ki, bu faktorların PCR reaksiyasının dəqiqliyinə çox böyük təsiri olur.

Eyni zamanda, PZR laboratoriya səyyar xidməti də göstərir. Pasiyentin ünvanından koronavirus (COVID-19) testi üçün nümunə götürülür. Daha test vermək üçün vətəndaşın Hospitala gəlməsinə ehtiyac qalmır.

PCR testin qiyməti 89 AZN təşkil edir. Qeydiyyatdan keçmək və ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.

Qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalının müasir Real vaxtlı PZR laboratoriyası Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verir. Laboratoriya müasir avtomatik MagNA Pure 24 Roche ekstraktor cihazı ilə təchiz edilib ki, bu sistem 1 saat ərzində 24 avtomatik ekstraksiya olunmuş saflaşdırılmış RNT əldə etməyə imkan verir.

Real vaxtlı PZR müayinəsinin aparılması üçün burada qabaqcıl avtomatik Real-Time Bio-Rad CFX96 Touch cihazı quraşdırılıb. Sentrifuqalar, avtomatik dispenserlər, yoluxucu materialların toplanması və daşınması üçün konteynerlər, dezinfeksiyaedici maddələr və fərdi qoruyucu vasitələr laboratoriyada iş axınının təhlükəsizliyini tam olaraq təmin edir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR